Maraqlı

İş yerində bitki nəyə faydalıdır?

3 Sentyabr 2014 00:30
1 Şərh     Baxış: 1 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş yerində bitkinin olması əməyin məhsuldarlığını artırır.

Dibçəkdəki bitkilər diqqəti cəmləşdirməyə yardımçı olur, ofisdə əməyin məhsuldarlığını 15% artırır. "Yaşıllıq" içində işləyənlər öz həyatlarından daha çox razıdırlar.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu Kardiff Universitetinin alimləri deyirlər.

Alimlər Böyük Britaniya və Hollandiyada iki ofisdə araşdırma aparıblar. Araşdırma başlandıqdan üç ay sonra bitkilər qoyulmuş ofisdə əməyin məhsuldarlığı 15% artıb.

"Bizim araşdırmamız göstərir ki, bitkilər olan ofis işçilərin həyatını yaxşılaşdırır və iş qüvvələrini artırır", - araşdırmanın rəhbərlərindən biri deyib.

Digər araşdırmanın nəticələrindən bəlli olub ki, içində bitkilər olan ofisin işçiləri daha az xəstələnirlər. Bunun izahı isə bitkinin havanı filtrdən keçirməsi və keyfiyyətini yaxşılaşdırması ilə bağlıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.