Maraqlı

Ölmüş ərini brilyanta çevirdi - FOTO

2 Sentyabr 2014 13:49
3 Şərh     Baxış: 2 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada yaşayan 63 yaşlı dul qadın ölmüş ərinin kremasiya olunmuş qalıqlarını 0,75 karat ağırlığındakı sarı brilyanta çevirib.
 

Milli.Az The İndependent-ə istinadən bildirir ki, Qlinis Barnett dostlarına sarı brilyantı göstərəndə onlar təəccüblənir, heyrətlənirlər. Çünki bu brilyant Q.Barnettin mərhum əri, 64 yaşlı Con Barnettin yandırılmış cəsədinin külündən hazırlanıb.
 

"Ərim boğaz və mədə xərçəngi ilə uzun müddət mübarizə aparandan sonra vəfat etdi. 42 il nikahda olsaq da, ikimizdən biri öləndən sonra nə edəcəyimizi müzakirə etməmişik. Ərim öldü, kremasiyadan sonra onun külü olan qabı çarpayının yanında 18 ay saxladım. Sonra külü bağımızdakı söyüd ağacının dibinə səpmək istədim. Fəqət, rəfiqəmin dediklərini xatırladım. Rəfiqəm söyləmişdi ki, əri öləndən sonra onu brilyanta çevirmək istəyir. Mən də Conun bir hissəsini daim yanımda gəzdirə biləcəyimi düşündüm. İdeya xoşuma gəldi", - Q.Barnett deyib.
 

Bir neçə ay sonra Qlinis Barnett ideyasını reallaşdırmağa başlayıb.
 

O, Mançester şəhərindəki "Phoenix Memorial Diamonds" şirkəti ilə əlaqə saxlayıb və ərinin 100 qram ağırlığındakı külünü yollayaraq 0,75 qramlıq sarı brilyant hazırlanmasını istəyib.
 

Bu brilyant dul qadına 4148 dollara başa gəlib.
 

12 həftə sonra isə şirkət Qlinisə sifariş verdiyi brilyantı yollayıb.
 

Dul qadın brilyantı qızıl üzüyə qaş qoydurub. O, 8295 dollarlıq üzüyü 31 yaşlı qızı Lüsiyə vəsiyyət edib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.