Maraqlı

Tərsinə başlı adam hamını heyrətləndirdi - FOTO

2 Sentyabr 2014 11:06
3 Şərh     Baxış: 3 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox nadir irsi xəstəliyi olan 37 yaşlı Klaudio Vieyra de Oliveyra həkimləri heyrətləndirməyi "bacarmışdı". Çünki həkimlər onun anasına "doğduğunuz uşaq, ən uzağı, bir neçə gün yaşayacaq, o acından öləcək" demişdilər.
 

Milli.Az Barcroft Media-ya istinadən bildirir ki, braziliyalı Klaudio oynaqların çox nadir xəstəliyi ilə doğulduğundan onun əl və ayaqları güclü deformasiyaya uğramış, başı isə tərsinə çevrilmişdi.
 

Tərs başlı Klaudio adi insan kimi yaşamağı çətinliklə də olsa, öyrənib.
 

Klaudionun anası Mariya Xosenin sözlərinə görə, oğlu 8 yaşında olanda iməkləməyi öyrənib: "Bundan sonra yaşayış binasının birinci mərtəbəsində mənzil aldıq ki, oğlum küçəyə çıxanda pilləkənlərdən hoppanıb düşmək məcburiyyətində qalmasın".
 

Başqa problem odur ki, Braziliyanın Monte-Santo şəhərində yaşayan Klaudio əl və ayaqlarındakı deformasiyalara görə əlil arabasından istifadə edə bilmir.
 

İndi mühasib işləyən Klaudio evdə çalışır və dediyinə görə, müştəriləri də az deyil.
 

"Hər şeyə rəğmən televizor və radionu qoşmağı, mobil telefonla zəng vurmağı, kompüter və internetdən istifadə etməyi bilirəm", - Feyra de Santana Universitetinin mühasibat və iqtisadiyyat fakültəsini bitirmiş Klaudio söyləyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.