Maraqlı

Bred Pittlə Ancelina Colinin toyunun TƏFƏRRÜATLARI - FOTO

2 Sentyabr 2014 10:40
2 Şərh     Baxış: 2 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur aktyorları, Hollivud ulduzları Bred Pitt Ancelina Coli 2005-ci ildən bəri qeyri-rəsmi nikahda yaşasalar da, avqustun 23-də izdivaclarını rəsmiləşdiriblər.
 

50 yaşlı Pitt bu yaxınlarda reklama çəkilib, 39 yaşlı Coli isə Maltaya yollanıb. Maltada Pittlə Colinin yeni birgə filmi olacaq "Dəniz kənarında" lentinin çəkilişləri başlamalıdır.
 

Ərlə arvad filmdə baş rollarda oynayacaqlar. Ancelina Coli həm də bu filmin rejissoru, ssenari müəllifi və prodüseridir.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, bu arada Bred Pittlə Ancelina Colinin Fransanın cənubundakı Şato Miraval malikanəsindəki toylarının təfərrüatları bəlli olub.
 

Bred Pittlə Ancelina Coli bu malikanəni 2011-ci ildə 60 milyon dollara satın almışdılar.

Toyda Ancelina Colinin əynində krujeva ilə bəzənmiş atlas gəlinlik paltarı, başında ağ fata vardı.
 

Bred Pitt isə sürməyi rəngdə kostyum geyinmişdi.
 

Mərasimdə Bredlə Ancelinanın oğulları Meddoksla Paks gəlini kilsənin mehrabına qədər müşayiət ediblər. Aktyorların qızları Zahara ilə Vivyen onların ayaqları altına qızılgül ləçəkləri səpiblər. Ailənin digər övladları Şaylo və Noks isə Bredlə Ancelinaya nikah üzüklərini təqdim ediblər.

Toyda 20 qonaq vardı. Ancelina Coli atası Con Voytu toya dəvət etməyib.
 

Voyt olayla bağlı People-a deyib: "Düşünürəm ki, əla toy olub. Qızıma görə sevinirəm. Yəqin, toyda onların övladları da iştirak ediblər. Zənn edirəm ki, onlar əla şənləniblər və əla vaxt keçiriblər. Çox şadam. Qızımın məni toyuna çağırmamasının səbəblərini anlayıram".
 

Con Voytun illər əvvəl ailəsini tərk etməsini Ancelina Coli hələ də atasına bağışlaya bilmir. Bu yaxınlarda Pitt arvadını atası ilə barışdırıb və son üç ildə Voyt qızına mütəmadi zəng vurub, hətta nəvələri ilə görüşüb. Buna rəğmən, münasibətlər, deyəsən, yetərincə səmimi olmadığından Ancelina Coli atasını toyuna çağırmayıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.