Maraqlı

Balıqlara gəzməyi öyrətdilər - VİDEO

1 Sentyabr 2014 20:56
0 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanadalı alimlər balıqlara quruda hərəkət etməyin yollarını öyrədə biliblər

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, alimlər milyon il öncə balıqların quruya necə çıxdıqlarını araşdırmaq üçün belə bir tədqiqata başlayıblar. Ottava Universitetinin fizioloqu Emili Standen və həmkarları Bişir adı ilə tanınan Afrika balığının üzərində tədqiqat aparıblar.

Bu balıqların dördayaqlılara bənzəyən bədən quruluşu var. Bundan əlabə Bişir quruda üzgəcləri sayəsində hərəkət edə bilir. Ancaq bu adətən yöndəmsiz görünür. Standen bir neçə belə balıq sifariş edib. Kiçik yaşlarından onları quruda hərəkət etməyə vadar edib. Balıqları az su olan rezervuara yerləşdirib. Zaman-zaman oradakı suyu çəkib.

Bişirlər həmin rezervuarın içində 8 ay yaşayıblar. Sonradan həmin balıqları  akvariumda böyüyən balıqlarla müqayisə ediblər. Quruda böyüyən balıqlar daha rahat hərəkət ediblər və başlarını dik tutublar. Suda böyüyənlər isə bir qədər tənbəl olublar.

Quruda böyüyən balıqların döş qəfəsi sahəsindəki sümükləri və belin forması dəyişib. Üzgəclər daha ağır çəkini qaldıra biliblər.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.