Maraqlı

6 uşaq anası sürəkli əməliyyat etdirir - FOTOSESSİYA

1 Sentyabr 2014 21:14
14 Şərh     Baxış: 11 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Florida ştatındakı Mayami şəhərində yaşayan 46 yaşlı Leysi Uayldd böyük Barbi kuklasına çevrilməkdə qərarlıdır. İndiyədək 36 dəfə plastik cərrahiyyə əməliyyatına məruz qalmış Leysi 6 övlad anasıdır.
 

O, Barbiyə "tam bənzəmək"lə yanaşı, dünyada ən iri sinəli qadın olmaq istəyir. O, "ideal vücuda nail olmayınca" plastik əməliyyatları davam etdirəcəyini söyləyib.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, L.Uayldd özünü Barbi kuklasının "sevgilisi" Kenə bənzətməyə çalşan Castin Yedlika ilə əməkdaşlığa başlayıb.

Fort Loderdeyl şəhərində bir araya gələn L.Uayldd və C.Yedlika E! telekanalında "Botched" adlı şou-proqramda aparıcılıq edəcəklər.

34 yaşlı C.Yedlika indiyədək 17 plastik əməliyyat keçirib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.