Maraqlı

Mamontlar həyata qayıdacaq?

1 Sentyabr 2014 15:12
0 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya Prezidenti Vladimir Putin Şimal-şərq federal universitetinin P.Lazerev adına mamont muzeyinin alimləri ilə nəsli kəsilmiş bu heyvanların klonlaşması məsələsini müzakirə edib.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, öz növündə yeganə olan bu muzeydə qədim canlılarla bağlı nadir tapıntılar yer alıb. Prezident üçün xüsusi ekspozisiya düzəldiblər və fondun əsas varidatını nümayiş etdiriblər.

Putinə mamontun yeganə tam skeletini göstəribər. Bu skeletdəki sümüklərin 75%-i bir heyvana məxsusdur. Muzeyin müdiri Semen Qriqoryev Rusiya Prezidentinə bildirib ki, son dörd il ərzində 4 mindən çox nümunə toplamaq olub. Onlardan biri də 12,5 min yaşı olan it mumiyasıdır. Onun sözlərinə görə, həmin tapıntı da dünyada yeganədir.

Putini mamontların klonlaşması məsələsi maraqlandırıb.

"Yumşaq hüceyrələr hələ də qalıb, deməli, klonlamaq olar", - o qeyd edib.

Muzeyin əməkdaşları isə bildiriblər ki, bu istiqamətdə Cənubi Koreyadan olan alimlərlə sıx əməkdaşlıq qurublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.