Maraqlı

Sahibinə yol göstərən ayaqqabı

1 Sentyabr 2014 14:34
0 Şərh     Baxış: 1 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hindistandan olan alimlər öz sahibinə yol göstərən ayaqqabı hazırlayıblar. Milli.Az-ın məlumatına görə, belə ayaqqabının yaradılması ideyası 2011-ci ildən düşünülüb.

Qırmızı rəngli ayaqqabılar GPS vasitəsi ilə dislokasiyanı müəyyən edir. Düzgün istiqaməti seçmək üçün isə ayaqqabıda vibrasiya (titrəmə) effekti yaradılır. Sağ tərəfə getmək gərəkdiyində ayaqqabının sağ tayı titrəyir. Sol tərəfdə də proses eynilə təkrarlanır.

Ayaqqabının Bluetooth siqnalları vasitəsi ilə smartfonla bağlantısı yaradılır və  idarə olunur. Enerji mənbəyi kimi isə adi batareyalardan istifadə edilir. Bu ayaqqabıların 100-150 dollar qiymətlə bazara çıxarılacağı nəzərdə tutulur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.