Maraqlı

Anadan şok açıqlama: "Arvadı xəstə yatağında ona xəyanət etdi"

1 Sentyabr 2014 12:15
0 Şərh     Baxış: 2 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay vəfat etmiş məşhur türk bəstəkar və müğənni Murat Göğebakanın gözüyaşlı anası "oğlum xərçəngə qalib gəldi, amma xəyanətə məğlub oldu" deyib.
 

"Ben sana aşık oldum birtanem" mahnısından sonra Türkiyədə fenomenal populyarlıq qazanan Murat Göğebakan iyulun 31-də vəfat edib.

Milli.Az AHT-yə istinadən bildirir ki, leykemiya xəstəliyindən vəfat edən sənətçinin anası Hatice Göğebakanın dediyinə görə, oğlu yataqda xəstə yatarkən arvadı Səma ona xəyanət edib.
 

"Murat arvadı Semanı çox sevirdi. Ailə həyatları də yaxşı idi. Oğlum 2009-cu ildə qripə yoluxdu və müayinə üçün xəstəxanaya gedəndə həkimlər ona qan xərçəngi olduğunu, müalicə olunmazsa qısa müddətdə öləcəyini dedilər.

Oğlum xəstəxanada qaldı, müalicəyə başladı. 2010-cu ildə xərçəngə qalib gəldi. Amma arvadı onu xəstə yatağında aldatdı. Murat bundan xəbər tutanda sanki dünya başına uçdu. Üstəlik, banklara da xeyli borcu vardı.

350 min lirəyə çatmış borcunu ödəmək üçün çox çırpındı, çalışdı. Həmin müddətdə çox pis oldu, çox üzüldü. Həmin problemlər səbəbindən ötən il xəstəliyi yenidən baş qaldırdı və oğlum bu dəfə xərçəngə məğlub oldu".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.