Maraqlı

Devid Bekhem qolunu sındırdı - FOTO

30 Avqust 2014 10:23
0 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur futbolçularından biri, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem qəzaya düşüb.
 

ABŞ-ın Los-Anceles şəhərinin yaxınlığındakı Beverli-Hillsin Sanset bulvarında yolda hərəkət edərkən Bekhem "Super Vintage 93' Knuckle" markalı motosiklinin sürətinin öhdəsindən gələ bilməyib. Motosikl yol kənarındakı dirəyə dəyib və aşıb. Sonucda Devid Bekhemin sağ qolu sınıb.

D.Bekhem qərbi Hollivuddakı "Shamrock Tattoo"dan evə yollananda qəza yaşanıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 39 yaşlı D.Bekhem dünən Los-Ancelesin beynəlxalq hava limanında idi. O, 3 yaşlı qızı Harperi qucağında tutmuşdu. 11 yaşlı Romeo və 9 yaşlı Kruz isə atalarının yanınca yeriyirdilər.
 

Ailə Britaniyaya, Devid Bekhemin xanımı Viktoriyanın olduğu Londona yollanırdı.
 

Bekhemin 15 yaşlı oğlu Bruklin də Londondadır.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.