Maraqlı

Nəhayət ki: nikahdakı BraAcelina - FOTO

29 Avqust 2014 10:30
0 Şərh     Baxış: 1 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar aktyorları arasında yer alan Hollivud ulduzları Bred Pitt Ancelina Coli Fransada media ilə ictimaiyyətdən gizli şəkildə evləniblər. Daha doğrusu, illərdən bəri qeyri-rəsmi nikahda yaşayan ulduzlar münasibətlərini rəsmiləşdiriblər.
 

Bred Pitt və Ancelina Coli "Mister və miss Smit" filminin çəkilişlərində bir-birlərinə vurulmuşdular. Onlar həmin filmdə baş rolları paylaşmışdılar.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Bred Pitt və Ancelina Coli 9 il əvvəl qeyri-rəsmi nikahda yaşamağa başlasalar da, iki il əvvəl nişanlanmışdılar.
 

Toy isə Fransanın cənubunda, medianın "BraAncelina" adlandırdığı Bredlə Ancelinanın 2012-ci ildə satın aldıqları Şato Miraval qəsrində olub.

Şənbə günü gerçəkləşmiş toyun nikah mərasimi qəsrin yaxınlığındakı kiçik kilsədə idi. Mərasimdə Bred Pittlə Ancelinanın qohumları və yaxın dostları iştirak ediblər.
 

"BraAncelina" ailəsində 6 uşaq böyüyr ki, onların üçünü Bred Pittlə Ancelina Coli Efiopiya ilə Vyetnamdakı uşaq evlərindən övladlığa götürüblər.

Pitt "Mister və missis Smit" filminin çəkilişlərində, 2005-ci ildə Ancelina Coli ilə tanış olandan sonra xanımı, aktrisa Cennifer Enistonla boşanmışdı.

Pittlə yaşamağa başlamazdan əvvəl isə Ancelina Coli aktyorlar Conni Li Miller və Billi Bob Torntonla nikahda olub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.