Maraqlı

Çəyirtkələr şəhəri işğal etdi - FOTO

29 Avqust 2014 11:22
0 Şərh     Baxış: 1 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bibliyada haqqında bəhs olunan olay Madaqaskarda təkrarlanıb. Dünən ölkə paytaxtı Antananarivunun səması çəyirtkə ilə dolu idi. Həşəratlar bulud kimi idilər və şəhər küçələrində az qala göz-gözü görmürdü.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, çəyirtkələrin səmanı "almaları" və şəhəri "işğal" etmələri bu həşəratların illik miqrasiyası ilə bağlıdır.
 

Fermerlər üçün çəyirtkə Tanrının lənətidir. Çünki çəyirtkələr əkin-biçini, tarlalaları məhv edir. Bir çəyirtkə gün ərzində öz çəkisi qədər bitki yeyir.
 

Ada dövlət olan Madaqaskarın Kənd Təsərrüfatı Nazirliyi ölkədəki 9 milyon kəndlini çəyirtkə bəlasından qorumaqda aciz qaldığını etiraf edib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.