Maraqlı

Çimərliyə qızıl külçələr basdırıldı - FOTO

29 Avqust 2014 12:19
0 Şərh     Baxış: 2 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alman rəssam Mixael Selstofer İngiltərənin Kent qraflığındakı Folkston şəhərinin yaxınlığındakı Oter Harbor çimərliyində maraqlı performans təşkil edib.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 10 və 20 qram ağırlığında olan 24 karatlıq 30 qızıl külçəni çimərliyin qumsallığına basdıran rəssam sonradan "Orada qızıl var: tapana məxsusdur!" deyib.
 

Ümumi dəyəri 10 min funt-sterlinq olan qızılları 150 nəfər axtarmağa başlayıb.
 

Şəhərdəki incəsənət festivalı çərçivəsindəki performansdan xəbər tutan hər kəs çimərliyə yönəlib.
 

"Folston qazıntıları" (Folkestone Digs) adlı performansın müəllifi M.Selstoferin dediyinə görə, aksiyanın maliyyə xərclərini Bristol şəhərindki "Situations" studiyası ödəyib.
 

Bu gün çimərliyə minlərlə insanın axın edəcəyi gözlənilir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.