Maraqlı

"Təkamül nəzəriyyəsi"nin iflası

29 Avqust 2014 21:55
1 Şərh     Baxış: 3 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir neçə dəfə elm adamları tərəfindən iflasa uğradılan "təkamül nəzəriyyəsi"nə hələ də inanan çox sayda insanlar var.

Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, elm adamlarının apardıqları araşdırmalar nəticəsində sözügedən nəzəriyyənin heç bir elmi əsasının olmadığı bir neçə dəfə sübut olunub. Onlardan ən çox səs gətirəni Cənubi Afrikada tapılan, 3 min illik tarixi olan qədim insanın kəllə sümüyü olub. "Taunq uşağı" adı verilən qədim tapıntının insana aid olduğu nəzəriyyəçilər tərəfindən də qəbul olunub. Lakin bir müddət sonra sözügedən qalıq böyük müzakirələrə səbəb olub.

3 yaşlı uşağa aid olduğu təxmin edilən kəllə sümüyünü yenidən tədqiq edən alimlər bütün suallara birdəfəlik cavab tapıblar. Belə ki, ölkənin Vits Universitetində çəkilən komyuter tomoqrafiyası təkamül iddiasını alt-üst edib. Mütəxəssislər meymun beyninin inkişaf prosesi ilə tədqiqat nəticəsində əldə etdikləri məlumatları müqayisə ediblər.

Məlum olub ki, insanın doğulduqdan sonra beyinin inkişafını asanlaşdıran metopik tikiş və qığırdaq meymunda mövcud deyil. Araşdırmada iştirak edən professor Raymond Dart tədqiqatla bağlı belə açıqlama verib: "Tapıntı üzərində araşdırma apardıqdan sonra məlum oldu ki, qədim insanın kəllə sümüyü ilə meymununku arasında heç bir uyğunluq yoxdur.

İnsan beyninin adaptasiya prosesinə əvvəllər heç bir canlıda rast gəlinməyib və bunun heç bir elmi dəlili də yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.