Maraqlı

Bunun adı möcüzə - FOTO

21 Avqust 2014 13:31
1 Şərh     Baxış: 5 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Tampa şəhərində yaşayan Tom Frenç və xanımı Kelli Benhem uzun illərdi ki, övlad həsrətində idilər. Sonucda həkimlər son müayinədə Kelliyə "siz hamiləsiniz" dedilər. Tomla Kelli bəxtəvərdilər.
 

Amma hər şey yaxşı olmadı.
 

Milli.Az Tampa Bay Times-ə istindən bildirir ki, balaca Cuniper vaxtından əvvəl, anası hamiləliyin 23-cü həftəsində olanda doğuldu.

Balaca qızcığaz doğulan andan etibarən intensiv terapiya və reanimasiya bölmələrində qaldı, ölümlə qalım arasındakı incə cizgidə ləngər vurdu.

Cuniper ölümə qalib gəldi.
 

İndiana Universitetinin jurnalistika fakültəsinin professoru Kelli Benhem deyir: "Bunun adı möcüzədir. Qızıma baxanlar əsla bilmirlər ki, Cuniper vaxtilə ölümlə mübarizə aparıb, sağ qalmağı bacarıb".
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.