Maraqlı

Madonna oğlu yaşında məşuqunu atdı - FOTO

21 Avqust 2014 10:42
0 Şərh     Baxış: 1 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar müğənnilərindən biri, pop-kraliça Madonna yeni məşuqundan ayrılıb. Daha doğrusu, o, oğlu yaşındakı sevgilisini ataraq yenidən tək qalmağa üstünlük verib.
 

Milli.Az Us Weekly-yə istinadən bildirir ki, 56 yaşlı müğənni son aylarda 26 yaşlı Bo Timor Steffenslə birlikdə idi.

Fəqət Fransada, oğlu Rokkonun ad gününü keçirdiyi kurortda olan Madonna məşuqu ilə 7 aylıq münasibətlərə son qoyub.

Daha sonra İbisaya yollanan Madonnanı artıq sabiq məşuqu müşayiət etmirdi.
 

Bo Timor iki həftə əvvəl Daily Mirror-a verdiyi müsahibəsində demişdi: "Haqqımda iyrənc şayiələr dolaşır. Deyirlər və yazırlar ki, guya yaşlı qadınlarla münasibətlər quraraq onların pullarından yararlanmağa çalışıram. Belə deyil. Madonnanı çox sevirəm. Məni nə onun pulu, nə də məşhurluğu maraqlandırır. Aramızdakı yaş fərqi də eynimə deyil".
 

Madonna isə bəyan edib ki, artıq bütün diqqəti işə yönəltmək niyyətindədir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.