Maraqlı

Bred Pitt və Ancelina Coli barədə şok iddia - FOTO

21 Avqust 2014 11:00
0 Şərh     Baxış: 2 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yüz milyonlarla insan onları ideal ər-arvad, təqlid ediləsi insanlar sayırlar. Hər halda illərdən bəri qeyri-rəsmi nikahda yaşasalar da, bir-birlərini həddən artıq sevən insanlar təsiri bağışlayırlar. Fəqət, belə deyil. Daha doğrusu, əsla belə deyil".
 

ABŞ-ın ən populyar psixoloqlarından birinin dediyinə görə, dünyaca məşhur aktyor, Hollivud ulduzu Bred Pitt xanımı Ancelina Colini sevmir: o, sadəcə uşaqlara görə aktrisa ilə birlikdə yaşayır.
 

Ancelina Colinin də Bred Pittə münasibətinin əslində çox soyuq, zahirdə isə "səmimi" olduğu vurğulanıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, tanınmış psixoloq Ron Bard belə deyib.
 

Onun sözlərinə görə, 50 yaşlı Bred Pitt hələ də sabiq arvadını, 45 yaşlı Cennifer Enistonu unuda bilmir. 39 yaşlı Ancelina Coliyə gəldikdə isə, o da uşaqlarına görə Bredə "dözür".
 

"Bütün bunlara rəğmən, Bred Pittlə Ancelina Coli artıq qeyri-rəsmi nikahda deyillər. Onlar iki ay əvvəl gizlincə evləniblər. Bundan başqa, Ancelina daha üç uşaq istəyir və fikrində qətidir", - 54 yaşlı Ron Bard deyib.
 

Bred Pittlə Ancelina Coli 2005-ci ildə, baş rolları paylaşdıqları "Mr & Mrs Smith" filminin çəkilişlərində bir-birlərinə vurulmuşdular. Az sonra isə Bred Pitt o vaxtkı xanımı Cennifer Enistonu boşamışdı.
 

"Bred hisslərini açıqlamağı, faş etməyi sevmir. O, klassik kişi obrazına uyğun insandır. Ancelina isə çox ağıllı qadın olduğundan yaşananlara müdaxilə etmir. Ancelina uşaqlarını Breddən daha çox sevir", - Bard söyləyib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.