Maraqlı

Övladınızın çəkdiyi rəsmlərdə onların gələcəyini görəcəksiniz

21 Avqust 2014 00:30
1 Şərh     Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqların çəkdiyi rəsmlərlə onların gələcəkdə formalaşacağı intellekt arasında əlaqə var

Bir çox valideyinlər öz övladlarının çəkdiyi rəsmlərlə qürur duyurlar. Hətta övladının nə çəkdiyini anlamasa belə. Alimlər isə iddia edirlər ki, bu rəsmlərin əhəmiyyəti var. Çünki uşağın yeniyetməlik dövründəki intellekti ilə əlaqədardır.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Londonun kral kollecinin psixiatrı Rozalind Ardenin rəhbərliyi ilə mütəxəssislər qrupu araşdırma aparıb. Nəticələr "Psychological Science" jurnalında dərc edilib.

Bütün araşdırmada doktor Arden və həmkarları 7752 (ümumilikdə 15 504 uşaq) identik və qeyri-identik əkizin məlumatlarını nəzərdən keçirib.

Valideynlər övladlarından xahiş ediblər ki, uşaq rəsmi çəksinlər. Bundan sonra uşaqlar 0-dan 12 bala qədər qiymətləndiriliblər. Qiymətləndirmə çəkilmiş xarakteristikalardan asılı olub. Misal üçün, rəsmə daxil edilmiş baş, göz, burun, ağız, bədən, əl və ayaq. Əgər uşaq rəsmdə iki əli, iki ayağı, bədəni və başı olan adam çəkərək, üz cizgilərini qeyd etməyibsə, ona ümumilikdə 4 bal verilib. Bundan əlavə, həmin uşaqlara 4 yaşında və 14 yaşında intellektual testlər veriblər.

Məlum olub ki, 4 yaşında çəkdiyi rəsmə görə, yüksək bal alan uşaqların intellekti daha yüksəkdir. Həmin uşaqlar 14 yaşında da intellektual testlərdə yaxşı bal toplayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.