Maraqlı

Tanış olun: zirehli Mercedes S600 - FOTO

21 Avqust 2014 21:20
0 Şərh     Baxış: 2 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mercedes şirkəti S-Class sedanın zirehli versiyasını - S-Class Guard təqdim edib. Yeni modelin ballistik müdafiə səviyyəsi Avropada ən yüksək olan VR6/VR7 səviyyəsinə uyğundur. İstehsalçı bildirir ki, maşın zirehdələn güllə atan atıcı silahların atəşinə və qumbaraya qarşı davamlıdır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, S-Class Guard elementlərinin əksəriyyəti Zindelfinqendəki müəssisədə avtomat qurğulardan istifadə edilmədən yığılır. Ustalar qaynaq və boltlardan istifadə etməklə beş santimetrlik metal təbəqələri əl ilə kuzova bərkidirlər. Çəkisi 135 kq olan 10 santimetr qalınlığında qabaq şüşə də əl ilə yerinə oturdulur.

Zirehli S-Class yalnız hasilatı 530 a.g. (830 Nm) olan altı litrlik V12 biturbo mühərrikli S600 modifikasiyasında təklif ediləcək.

Zirehli maşının dinamik göstəriciləri hələlik məlum deyil. Modelin qiyməti də açıqlanmayıb. Lakin onun adi "altı yüz"dən təxminən 200 min avro baha olacağı gözlənilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.