Maraqlı

KİA-dan yenilənmiş Cadenza - FOTO

21 Avqust 2014 23:21
0 Şərh     Baxış: 1 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Kia" şirkəti Şimali Amerikanın avtomobil bazarı üçün sedan "Cadenza"nın yenilənmiş versiyasını təqdim edib (Cənubi Koreyada Kia K7 adı ilə satılır). 

Restaylinq olunmuş model bir qədər dəyişilmiş xarici görünüş və yeni təhlükəsizlik sistemi alacaq. 4-qapılı avtomobil fərqli radiator barmaqlığı, əlavə LED işıqlar və 19-düymlük yüngül lehimli təkər diskləri alıb. 

Milli.Az auto.az-a istinadən bildirir ki, salonun qabaq panelində analoq saat və yeni xrom detallar peyda olub. Sürücü və qabaq sərnişin oturacaqları əlavə istiqamətlərdə elektrik tənzimləməsi alıb və onların sayı müvafiq olaraq 12 və 8-dir. 

Elektron köməkçilər sırasına arxa maneələr barədə xəbərdarlıq edən sistem daxil edilib. Bundan əlavə, yenilənmiş sedan "Cadenza" dairəvi görünüş, kor zonalara nəzarət sistemləri, adaptiv kruiz-kontrol, elektron dayanma əyləci və qabaq yan şüşələrdə suyu özündən itələyən üzlük alıb. 

Mühərriklər qammasındakı dəyişikliklər barədə məlumat verilmir. ABŞ-da "Kia Cadenza" 293 a.g. olan 3.3-litrlik benzin mühərrik və 6-pilləli avtomat sürət qutusu ilə təchiz edilir. 

Sedanın qiymətləri 33,100 dollardan başlayır. Modelin yenilənmiş versiyası ilin sonunda satışa çıxarılmalıdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.