Maraqlı

66 milyon dollar udmuş ana danışdı - FOTO

1 Avqust 2014 12:18
2 Şərh     Baxış: 2 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu milyonlar artıq mənimdir. Övladıma, yaşamımın yaxşılaşmasına, gələcəyimə xərcləyəcəyəm".

ABŞ-ın Miçiqan ştatında yaşayan 24 yaşlı Kelsi Zaçounun dediyinə görə, uduşunun hələlik yalnız bir hissəsini nağdlaşdıraraq götürmək niyyətindədir.

7 aylıq oğul anası artıq 3 ildir ki, Billi Bartlettlə qeyri-rəsmi nikahdadır.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, Kelsinin dediyinə görə, aldığı "Mega Millions" lotereyasında cek-pota yiyələndiyini tirajdan 11 gün sonra bilib.

İndi Kelsi 27 milyon dollar pulu bankdakı hesabından çıxararaq yeni ev, avtomobillər və pal-paltar alınmasına, oğluna, habelə gənc qohumlarına sərf etmək fikrindədir.
 

Kelsinin sözlərinə görə, 7 aylıq oğlu Bencaminə ən yaxşı təhsil verməyə, onun gələcəyini təmin etməyə çalışacaq.

"Son 5 ildə həftədə iki dəfə lotereya bileti alırdım. İndiyədək təxminən 5 min dollar xərcləmişəm o biletlərə. Yəqin, Tanrı bunları görüb və məni mükafatlandırıb", - K. Zaçou söyləyib.
 

Kelsi daha sonra söyləyib ki, uğurlu bileti iyunun 13-də işdən evə qayıdarkən "Sonny's Market in Mt Clemens" dükanından almışdı.

Kelsi 66 milyon dollar sahibəsi olsa da, özü demişkən, "qudurğanlıq etmək" niyyətində deyil: "Maşınlar, villa, apartament alacağam. Kasıblığımla qisasım var. Amma o malikanə və apartamentdə bir otaq indiki yaşamımdan fərqsiz interyerdə olacaq. Köhnə divan, bir masa və bir kətil. Belə yaşayacağam, çünki pulların məni yoldan çıxarmasını istəmirəm".
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.