Maraqlı

Zövqü pulla almaq olmaz və ya milyarder qızının biabırçı "dizaynı" - FOTO

31 İyul 2014 13:23
1 Şərh     Baxış: 2 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq "Formula-1" avtoçempionatının sahibi, multimilyarder Berni Ekklstounun qızı Petra Hollivuddakı malikanəsini satışa çıxarıb.

Viktorian stilində olan, 56 min m2 sahəyə malik villanı B.Ekklstoun 50 milyon dollara satın alaraq qızına cehiz vermişdi.
 

2011-ci ildə satın alınmış villa çox zərif, incə stilə malikdi və interyeri ən tələbkar dizayner zövqünə cavab verirdi.

Fəqət, Petra bu villanın interyerini bəyənməmiş, onu "cansıxıcı, zövqsüz" adlandırmışdı.
 

25 yaşlı Petra Ekklstounun göstərişi ilə villada təmir və rekonstruksiya başlanmışdı.

500 fəhlə 9 həftə ərzində Petranın "layihəsi" və göstərişləri əsasında villanın daxilini tam dəyişdi. Təmirə 23 milyon dollar xərclənmişdi.

Və sonucda məşhur memarlardan birinin dediyi kimi, villanın "zibili çıxdı".
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Petra Ekklstoun tamamilə zövqsüz, memarlıq və dizayn bilgiləri bir yana - elementar zövqdən bixəbər insan olduğunu göstərdi.
 

123 otağı olan bu villa 1991-ci ildə fransız qəsri stilində inşa edilmişdi. Villanın əvvəlki sahibi dünyaca məşhur prodüser Aaron Spellinq idi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.