Maraqlı

Məşhur qadın: "10 min kişi ilə yatdım" - FOTO

29 İyul 2014 13:12
28 Şərh     Baxış: 7 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın tanınmış aktrisa və modellərindən olan 36 yaşlı Qvinet Monteneqro yaşamından bəhs edən kitabı yazıb satışa çıxarandan sonra fenomenal "populyarlıq" qazanıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, Avstraliyanı qarış-qarış gəzən, ekzotik ölkələrə səyahət edən Q.Monteneqro həm də məşhur bloqerdir. İndi isə məlum olur ki, onun səyahətlərinin hamısının sponsoru varmış.

Qvinetin özü isə əxlaqsız qadın, yəni fahişə imiş.
 

Bu açıqlama, etiraf Avstraliyada şok effekti yaradıb.

Qvinet Monteneqro "10 min kişi və saymağa davam" (10000 Men and Counting) kitabında yazıb ki, indiyədək 10091 kişi ilə yatıb.
 

"19 yaşım olanda striptiz klubda işləməyə başladım. 21 yaşında isə kişilərlə yatmağa "start" verdim. Valideynlərim, ailəm model işlədiyimi düşünürdülər. Halbuki fahişə idim, həyatım narkotik maddələr və spirtli içkilər, şəhvətli kişilərlə keçirdi. Minlərlə, yüz minlərlə insan məni məşhur bloqer, səyyah bilirdi. Səyahətlərim çoxdu, lap çox. Amma onların hər birini "sponsor", yəni yatağa girdiyim kişi maliyyələşdirirdi. O kişini müşayiət edirdim. Bu minvalla çox kişilər, çox ölkələr dəyişdim", - Monteneqro yazıb.
 

19 yaşında reklama çəkiləndən sonra model kimi tanınmağa başlayan Qvinet Monteneqro hər gecə bir kişi ilə yatır, bunun müqabilində 500-1000 dollar alırdı.
 

Qvinet Monteneqro Twitter-dəki profilində ona dəstək olmuş hər kəsə minnətdarlıq edib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.