Maraqlı

Böyük qalmaqal: Beyonsun əri Riannanın məşuqudur? - FOTO

29 İyul 2014 12:30
0 Şərh     Baxış: 1 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar müğənni, amerikalı Beyons Noulsun əri, milyarder reper və prodüser Cey Zi ilə Beyonsun bacısı Solanj Nouls arasındakı davanın səbəbləri bəlli olub.
 

Nyu-Yorkdakı moda şousundan çıxarkən liftdə Solanj Nouls qəflətən hirslənmiş, Cey Zini söymüş, sonra da yumruqla vurmuşdu.

Mayın 5-dəki lift qalmaqalından aylar keçsə də, bu olayın səbəbləri bilinmirdi.

Şayiələr və iddialar çox olsa da, Beyonsla ailəsi susurdular.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, New York Post olayla bağlı çox böyük qalmaqal yaradacaq xəbər yayıb. Qəzetin yazdığına görə, liftdəki davanın səbəbi Cey Zinin Rianna ilə gizli eşq macərasından Solanj Noulsun xəbər tutması olub.
 

Cey Zi və Rianna həmin axşam Nyu-Yorkdakı gecə klublarından birində görüşməliydilər. Bundan Solanj Nouls xəbər tutub və Cey Zini "Xəyanətkar əclaf!" adlandıraraq vurub.
 

Cey Zi isə xanımı Beyonsa bildirib ki, Solanj yalan danışır, çünki o, Rianna ilə hələ may ayında moda şousunda görüşüblər.

O da vurğulanır ki, Beyons ərinin Riannaya laqeyd olmadığını bilir.
 

Hələ 2011-ci ildə "Complex" jurnalına verdiyi müsahibəsində Rianna ilə bağlı sualı cavablayanda Beyons demişdi: "Yer kürəsində çox xanımlar üçün imkanlar var. Mənim gerçək, Tanrının əta etdiyi istedadım, drayvım var. Bu isə həmişə məni başqalarından ayırır. Son 15 ildəki karyeramın nəticəsi olan taxtda özümü rahat hiss edirəm. Taxtımı da kimsəyə vermək niyyətində deyiləm".

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.