Maraqlı

Janna Friske barədə atası danışdı

28 İyul 2014 17:35
0 Şərh     Baxış: 1 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İfaçının "Yeni Dalğa"ya qatılacağı gözlənilsə də, gəlməyib

Beyin xərçəngindən əziyyət çəkən, artıq neçə aydır Nyu-Yorkda müalicə olunan rusiyalı müğənni Janna Friskenin Yurmalada keçirilən "Yeni Dalğa" mahnı müsabiqəsində iştirakı gözlənilsə də, bu baş tutmayıb.

Anspress-in məlumatına görə, ifaçının atası müsahibə verərək bildirib ki, qızının səhhəti yaxşılığa doğru gedir, amma Moskvaya nə vaxt gələcəyi dəqiq olaraq məlum deyil. Bir müddət öncə SSRİ-nin xalq artisti İosif Kobzan bildirmişdi ki, Janna yay aylarını Baltikyanıda keçirəcək: "Həkimlər Baltikyanıda dincəlməyi məsləhət görüblər. Friskenin "Yeni Dalğa"ya qatılacağı da gözlənilir".

Xalq artistinin dedikləri barədə açıqlama verən ifaçının atası Jannanın müsabiqəyə getmədiyini deyib: "Dəqiq bilirik ki, sentyabr ayının sonuna qədər qızım Moskvaya gələ bilməyəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ