Maraqlı

Məşhur müğənni böyük qalmaqal yaratdı - FOTO

28 İyul 2014 09:47
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış britaniyalı müğənni Lili Allenin İnstagram-dakı profilində yaydığı foto qalmaqala səbəb olub.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, Avstraliyaya qastrol turnesinə yollanan müğənni Kuinslenddəki "Gold Coast Airport" hava limanında polis qarşısında diz çökdürülmüş, biləklərinə qandal vurulmuş vəziyyətdə çəkilmiş fotosunu yayıb.
 

Profilinin 4,7 milyon daimi izləyicisi olan müğənninin həbs olunduğu barədə xəbər ildırım sürətilə yayılıb.

Lakin az sonra Lili Allen yazıb ki, zarafat edib və foto da qurama imiş.
 

Müğənni İnstagram və Twitter-dəki fotolarını bir müddət sonra silib.

Dünən Allen Bayron-Beydə konsert verib.
 

29 yaşlı müğənninin xahişinə əməl edərək onu qandallamış polislər barəsində isə daxili təhqiqat başlanıb.

Lili Allen son dəfə Avstraliyada 2009-cu ildə olmuşdu.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.