Maraqlı

Demet Akalın çətin vəziyyətə düşdü - FOTO

27 İyul 2014 19:57
0 Şərh     Baxış: 2 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq kilolarından azad olmayan müğənni ərinin arxasında gizlənərək dənizdən çıxıb

Türkiyənin məşhur cütlüklərindən olan Demet Akalın Okan Kurt 5,5 aylıq qızları Hira ilə birlikdə istirahətə yollanıblar.

Anspress-in məlumatına görə, Bodrumda paparazzilərin kameralarına tuş gələn sevilən ifaçı hamiləlik çəkisindən tam olaraq qurtula bilmədiyindən narahatçılıq keçirib. Ramazan bayramında Bodrumda konsert verməyə hazırlaşan Demet bir neçə gün qabaqcadan oraya gedərək istirahət etmək fikrinə düşüb.

Okan və Demet günəş vannası qəbul etdikdən sonra dənizə giriblər. Bir müddət dənizdə üzdükdən sonra sahilə çıxan müğənni jurnalistləri gördükdə nə edəcəyini bilməyib. Hamiləlikdən qalma artıq çəkisindən tam azad olmadığına görə çimərlik geyimində kameralara görüntülənmək istəməyən Akalın həyat yoldaşının arxasında gizlənib. Daha sonra isə qaçaraq gizli bir məkana girib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.