Maraqlı

Cenifer Lopezin ad günündən gizli görüntülər - FOTO

27 İyul 2014 13:07
0 Şərh     Baxış: 2 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İfaçının bədən formasına uyğun olan tort hazırlanıb

İllərin ötməyinə baxmayaraq cazibədarlığını qoruyub saxlaya bilən məşhur müğənni Cenifer Lopez ötən gün 45 yaşını qeyd edib.

Anspress-in məlumatına görə, ifaçı yaxın dostlarını ətrafına yığıb maraqlı doğum günü partisi təşkil edib. JLO gecədən olan görüntülərin mediada yayınmasını istəməsə də, alınmayıb. Bir çox məşhurların iştirak etdiyi tədbirdən şəkillər sosial şəbəkədə yayılıb.

Cenifer Nyu-Yorkun dəbdəbəli restoranlarından birində 100-ə yaxın yaxınını bir araya toplayıb. İfaçının rəfiqələri, dostları və ailə üzvlərinin olduğu gecəyə aktrisa-model Keyt Aptonun keçmiş sevgilisi Maksim Çmerkovskiy də qatılıb. Cütlük dost olduğunu söyləsə də, hər kəs onlarına arasında eşq macərası yaşandığını iddia edir. Cennifer öz ad gününə cazibədar ağ geyimdə qatılıb, sənətçi bütünlüklə ağ rəngə üstünlük verib.

Hədiyyələrin sırasında ən maraqlısı isə Lopezin bürcünü əks etdirən və bədən quruluşuna uyğun tortun hazırlanması olub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.