Maraqlı

Bakıda qeyri-adi canlı tapılıb

24 İyul 2014 09:06
5 Şərh     Baxış: 3 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda bir neçə həftəlik bala ərəbdovşanı tapılıb. Milli.Az anspress-ə istinadən bildirir ki, nadir heyvanı Maştağa qəsəbəsi sakini Fədail Şükürov Albalılıq yaşayış massivində tapıb. Nadir heyvanı ilk dəfə görən Fədail onu yaxalamaq üçün xeyli səy göstərib. Bala dovşan tutulduğu zaman isə ona xətər yetirilib. Belə ki, kiçik ərəbdovşanının bir ayağı sınıb.

Fədail Şükürov isə yaxaladığı heyvanın hansı növə məxsus olduğunu öyrənmək üçün bütün qəsəbəni dolaşıb. Sonda kəndin yaşlıları bunun ərəbdovşanı olduğunu bildiriblər.

Əsasən Kür-Araz ovalığında, yarımsəhra və quru çöllərdə yaşayan bu canlının Bakı ərtafı kənd və qəsəbələrdə peyda olması diqqət çəkən məqamlardan olsa da, onu tutan Fədailin tək istəyi bala ərəbdovşanını heyvanat parkına təhvil verməkdir. Hər halda bu xırda və zərif canlıya yalnız orda düzgün qulluq edilə bilər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.