Maraqlı

Türk model uşaq istəmir, boşanır

23 İyul 2014 20:43
2 Şərh     Baxış: 1 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə daha bir məşhur cütlük boşanmaq qərarına gəlib.

Milli.Az anspress-ə istinadən bildirir ki, türkiyəli model Tuba Özay 5 il əvvəl ailə qurduğu italiyalı iş adamı Lüdovik Fattizzo ilə yollarını ayırıb. Buna səbəb olaraq isə həyat yoldaşının modeldən İtaliyada onunla birlikdə yaşamağını və uşağı olmasını istəməsidir.

Bu barədə açıqlama verən Tuba boşanmaq üçün artıq vəkil tutduğunu bildirib:

"5 ildir gah İtaliyada, gah da Türkiyədə yaşayıram. Lüdovik onun yanına köçməyimi söylədi, amma mən ölkəmi tərk etmək istəmirəm. Həm də ki, uşağımızın olmasını tələb edirdi, mən isə buna razı deyiləm. O deyir ki, mən karyeramı ailədən üstün tuturam. O, Türkiyəyə gəlmək istəmir, mən də İtaliyaya getmirəm. Bu məsələnin tez bitməsi üçün artıq vəkil də tutmuşuq".

Qeyd edək ki, T.Özay evlənərkən nikah müqaviləsi bağladıqları üçün heç bir maddi təzminat tələb etməyəcəyini deyib: "Hazırda İtaliya qanunlarına uyğun boşanmağa çalışırıq. Ayrılarkən bir-birimizdən heç nə tələb etməyəcəyik", - deyə model son sözünü vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.