Maraqlı

Mitsubishi Pajero yenilənib - FOTO

22 İyul 2014 23:35
1 Şərh     Baxış: 2 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiya daxili bazarına Mitsubishi Pajero yeni model ili versiyası çıxarılır. Yeni versiya xələfindən bəzi detallarına görə fərqlənir. Radiator barmaqlığının forması dəyişdirilib, qabaq bamper əlavələrlə yenidən işlənib və onun üzərindəki duman əleyhinə fənərlərin yerləşmə sxemi dəyişdirilib və yan güzgülərin korpusları yenilənib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, salonda cüzi dəyişikliklər baş verib, bəzi tərtibat materialları dəyişdirilib. Məlumat verilir ki, salonun küy əleyhinə izolyasiyası yenidən işlənib və bunun hesabına komfort xeyli artıb.

Mühərriklər elə əvvəlki kimi qalıb - 3.0 litrlik benzin və 3.2 litrlik turbodizel. Ötürmə hər iki halda tam və 5 pilləli avtomatdır.

Mitsubishi Pajero qiymətləri Yaponiyada 3 qapılı modifikasiya üçün 2 921 400 - 3 979 800 yen, beşqapılı üçün isə 3 272 400- 4 930 200 yen təşkil edir. Aparılmış tamamlama işləri ancaq Yaponiya daxili bazarı üçün olan versiyaya aiddir, lakin Pajero -nun bütün dünya üçün variantlarının da analoji dəyişikliklərə məruz qalacağı ehtimalı böyükdür.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.