Maraqlı

Formula-1 və doğma divarlar - FOTO

22 İyul 2014 22:36
0 Şərh     Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mercedes AMG pilotu Niko Rosberq özü və komandası üçün "doğma olan divarlar arasında" - Almaniya Qran-pri mərhələsində qalib gəlib. Çempionatın lideri finişdə Williams yarışçısı Vallttyeri Bottası və öz komanda yoldaşı Luis Hamiltonu 20 saniyə qabaqlayıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Hamilton təsnifat mərhələsində keçirdiyi qəzadan sonra yarışa 20-ci yerdən başlayıb, lakin uğurlu ötüb-keçmə və pit-stop taktikası sayəsində finişdə ikinci yeri tutmağa çox yaxın olub, amma Bottas öz mövqeyini qoruyub saxlaya bilib və ardıcıl ikinci dəfə podiumun ikinci pilləsinə qalxmağı bacarıb.

Alman Qran-pri mərhələsindən sonra Niko Rosberq çempionatda liderliyini saxlayıb. İndi o Hamiltonu 14 xal geridə qoyur. Növbəti Formula-1 yarışı iyulun 27-də Macarıstanda keçiriləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.