Maraqlı

Bu da trek BMW - FOTO

22 İyul 2014 19:39
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
BMW Hollandiyada M235i Track Edition sportkarını təqdim edib. M235i idman kupesinin trek versiyası ön splitter, yenidən işlənmiş yan kəndarlar və arxa diffuzordan ibarət M Performance asması əldə edib. Bundan əlavə avtomobil qara radiator barmaqlığına, yük yeri qapağı üzərində spoylerə, paslanmayan metaldan idman xaricetmə sisteminə və yüngül lehimdən hazırlanmış 19 düymlük disklərə də sahibdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kupenin salonu alüminium pedallarla, karbon və alkantara ilə işlənmiş dayanacaq əyləci rıçaqı və həmçinin alkantara ilə üzlənmiş idman sükanı və yarış displeyi ilə də öyünə bilər.

Trek-karın ürəyi 326 a.g. və 450 Nm fırlanma anı hasil edən 3.0 litrlik 6 silindrli TwinPower Turbo mühərrikdir. O 8 pilləli avtomat ötürücü qutu ilə birlikdə avtomobilə ilk "yüzlüyə" sürətlənməni 4,8 saniyəyə həyata keçirməyə və elektron məhdudlaşdırılmış 250 km/saat maksimal sürətlə hərəkət etməyə imkan verir.

Bu modeldən cəmi 12 ədəd buraxılacaq və hər birinin baza qiyməti € 83,000 olacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.