Sportkarın idarəedilməsində sürücü ilk növbədə sükana görə tənzimlənmiş və möhkəm yayları olan asmadan, yeni vtulkadan, birborulu arxa amortizatorlardan fərqli stabilizatordan və s. həzz alacaq. Bundan əlavə, elektron sistemdə, ABS-də, elektron sükan gücləndiricidə də dəyişiklik edilib. Opsional olaraq təkmilləşdirilmiş mühərrik soyuducusu da sifariş etmək olar.
"Ford Mustang EcoBoost Performance Pack" yeni ötürücü, qabaqda 352 mm, arxada isə 330 mm-lik diskləri olan 4-porşnli əyləc sistemi, 19-düymlük disklər və "Pirelli" şinləri ilə təchiz edilir. "Mustang GT Performance Pack" dirəkli mühərrik hissəsi, qabaq splitter, 19-düymlük disklər, "Torsen" arxa differensialı, qabaqda 380 mm, arxada isə 330 mm-lik diskləri olan 6-porşnli "Brembo" əyləcləri ilə təchiz edilib.
Milli.Az auto.az-a istinadən bildirir ki, belə idman paketi ilə təchiz edilmiş avtomobil gündəlik istifadə üçün öz praktikliyini qoruyub və hərəkət keyfiyyətlərini yaxşılaşdırıb. Trek yoxlaması zamanı "Mustang GT Performance Pack" 2013-cü ilin "Mustang Boss 302" modifikasiyasından daha cəld oldu. Bununla yanaşı, amerikan avtomobil istehsalçısı hər mühərrikin dəqiq göstəricisi xarakteristikası barədə məlumat verib. Belə ki, 3,7-litrlik "Mustang V6" mühərriki 300 a.g. və 379 Nm, 2,3-litrlik 4-silindrli "Mustang EcoBoost" turbomühərriki 310 a.g. və 433 Nm, 5,0-litrlik "V8 Mustang GT" isə 435 a.g. və 541 Nm verir. Yeni "Mustang" 24425 dollara payızda satışa çıxarılacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.