Maraqlı

Əfsanəvi müğənninin lüks maşını satılır - FOTO

22 İyul 2014 20:38
0 Şərh     Baxış: 2 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın rok-n-roll kralı sayılan əfsanəvi Elvis Presliyə məxsus olmuş Rolls-Royce Phantom V avtomobili hərraca çıxarılıb.
 

Mərhum əfsanənin 1963-cü ildə satın aldığı maşının ilkin satış qiyməti 300 min dollardır.
 

Memfis ştatınını ən məşhur oğlu bu maşından 5 il istifadə etmiş, sonra isə lüks avto 35 min dollara satılmış və pullar xeyriyyə məqsədlərinə xərclənmişdi.
 

Milli.Az Das Auto-ya istinadən bildirir ki, gümüşü rəngli avtomobil o dövrlərin ən son texniki nailiyyətlərinə malikdir. Belə ki, maşında telefon, elektrik şüşəqaldıranlar və mikrofon var.
 

"Bonhams" hərrac evinin Kaliforniya ştatındakı Quai şəhərində təşkil edəcəyi şərracda satılacaq bu avtomobil 6,2 litr həcmi V8 tipli mühərrikə malikdir.

Bu maşın 35 min dollara satılandan sonnra 20 il izsiz-tozsuz yoxa çıxmış, 20 il sonra Britaniyada Frenk Deyl və oğulları tərəfindən satın alınmışdı.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.