Maraqlı

Marsa uçuş hazırlanır - FOTO

11 İyun 2014 12:51
1 Şərh     Baxış: 2 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Marsa missiya ilə bağlı konsepsiyaya yenidən baxmaq gərəkdir. Marsda koloniyaların yaradılması nəhəng intellektual və maddi resurslar tələb edir. Bu səbəbdən də yarışmaq əvəzinə, ən böyük dövlətlərin və özəl kosmik şirkətlərinin səylərinin birləşdirilməsi məsləhətdir. Ən yaxşı alimlər və maliyyələşdirilmənin ciddi şəkildə artırılması belə layihəni gerçəkləşdirməyə imkan verəcək".
 

ABŞ Milli Elmi-Tədqiqat Şurasının yaydığı bəyanatda belə deyilir.

Milli.Az CNN-ə istinadən bildirir ki, Şuranın ekspertlərinin fikrincə, "Orion" kosmik gəmisinin Marsa endirilməsini nəzərdə tutan "Space Launch System" (SLS) layihəsində ciddi dəyişikliklər olunmalıdır.
 

Alternativ olaraq 3 variant təklif olunur. İlk variant Beynəlxalq Kosmik Stansiyanın potensial start yeri qismində istifadəsini nəzərdə tutur. İkinci variant Marsa ekspedisiyada aralıq kosmik stansiya kimi Aydan istifadə olunmasını təklif edir. Son variant isə Marsın asteroidi və ya peykində aralıq fasiləni, sonra da Marsa enişi ehtiva edir.
 

"Orion" missiyası 2031-ci ildə başlanmalıdır.

Bu arada Kennedi adına Kosmik Mərkəzdə "Orion"un ilk sınaq uçuşuna hazırlıqlar gedir.
 

Dekabrda kosmosa çıxarılacaq "Orion" Yerdən 3600 km hündürlükdə 4,5 saatlıqu çuşu gerçəkləşdirməlidir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.