Maraqlı

Avtomobil sənayesində inqilabi yenilik

25 Aprel 2014 11:51
0 Şərh     Baxış: 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yuyulmağa ehtiyacı olmayan avtomobil hazırlanıb. Bu nəqliyyat vasitəsi özü-özünü yuyacaq.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, belə bir texnoloji yeniliyi Nissan şirkəti həyata keçirib.

Belə bir effekt xüsusi nano rəng vasitəsi ilə əldə edilib. Həmin rəng çirki özündən uzaqlaşdırmaq qabiliyyətinə malikdir.

Bu texnologiyanın tətbiq edildiyi ilk avtomobil modeli isə "Nissan Note" olub. Avtomobildəki belə bir özəlliyin artırılmasının dəqiq qiyməti bəlli olmasa da, təqribi rəqəmlərin 750 dollar olduğu deyilir.

Nissan Konsernin əməkdaşı bildirib ki, Nissan Note avtomobili yağış, toz, palçıq kimi çirkləri özündən uzaqlaşdırmaqla hər zaman təmiz qala biləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.