Maraqlı

Unikal Volkswagen Golf - FOTOSESSİYA

24 Aprel 2014 19:39
0 Şərh     Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Pekin avtosalonunda debüt etmiş 400-güclü Volkswagen Golf R400 seriyaya buraxılacaq. Modelin bazara çıxarılacağı vaxt hələlik açıqlanmır. Ekstremal hot-hetçin hansı ölkələrdə satılacağı da məlum deyil.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, R400 konsepti 300-güclü Golf R əsasında hazırlanıb. Yeni turbinlərin quraşdırılması və yanacaq sisteminin yenidən qurulması sayəsində 2,0 litrlik dörd silindrli EA888 mühərriki hasilatı 100 a.g. və 70 Nm fırlanma anı artıb. Mühərrik altı pilləli DSG ötürücü qutu və Haldex muftalı 4Motion tam ötürmə ilə birləşdirilib. Bunun sayəsində prototip ilk "yüzlüyə" 3,9 saniyə ərzində sürətlənir. Maksimal sürət saatda 280 kilometrdir.

Mühərrikdən başqa R400 xüsusi asma, böyüdülmüş təkər tağları, eksteryerdə limon rəngli aksentlər, qaz xaricetmə borularının yerləşməsi və salonun unikal tərtibatı ilə də seçilir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.