Maraqlı

Lincoln yeni modeli göstərdi - FOTO

24 Aprel 2014 23:35
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Pekində "Lincoln" şirkəti tərəfindən yeni nəsil yolsuzluq avtomobilinin konsepti təqdim edilib və Amerikanın avtomobil istehsalçısı onu dünyanın müxtəlif bazarlarında təqdim etmək niyyətindədir. 

Milli.Az Auto.az-a istinadən bildirir ki, ABŞ-ın hüdudlarından kənarda təqdim edilmiş "Lincoln"-nun birinci prototipi tanınan dizayna və premial xarakterə malikdir. Krossover güclü mühərrik və təkmilləşdirilmiş texnologiya alacaq və bu da istehsalçıların fikrincə, təkcə orta yaşlı insanları deyil, gəncləri də cəlb edəcək. 

Avtomobilin bu modeli bu il artıq debüt edəcək. İki hissəyə bölünmüş radiator barmaqlığı, ensiz diodlu işıqlar və xüsusi formalı bamperlər banın ön hissəsinə təcavüzkar görünüş verir. 

Hündür klirens, qısa çıxıntılar və tam ötürücü avtomobilə çətin yollardan asanlıqla keçmə bacarığı təmin edəcək. Krossoverin idman xarakteri 5-ci qapının spoylerində, arxa bamperin diffuzorunda, qaz buraxma sisteminin borularında və böyük ölçülü çoxmilli disklərdə özünü göstərib. 

Konseptin qapı tutacaqları yoxdur, adi dam əvəzinə isə yarı şəffaf panoram dam mövcuddur. Hazırda indiki nəsil "Lincoln MKX" 305-güclü 3,7-litrlik mühərriklə və 6-pilləli sürət qutusu ilə təchiz edilir. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.