Maraqlı

Avtobus körpüdən aşdı. Halbuki... - VİDEO - FOTO

24 Aprel 2014 13:09
0 Şərh     Baxış: 2 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Varşavada ikimərtəbəli sərnişin avtobusu körpüdən aşaraq çaya düşüb. Qırmızı rəngli, "London avtobusu" adlandırılan nəqliyyat vasitəsinin Qdanski körpüsünün kənarındakı sədləri qıraraq Visla çayına düşməsi yerli sakinləri çox qorxudub.
 

Onlar dərhal polisə zəng vurublar. Aldıqları cavab isə onları heyrətləndirib.

"Narahat olmayın, hadisədən xəbərimiz var. Bu, qəza deyil. Film çəkirlər", - polis əməkdaşları deyiblər.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, sən demə, avtobusu körpüdən çaya düşməsi Hindistanın "Bollivud"unun çəkdiyi yeni filmin tərkib hissəsi imiş.

Baş rollarda Sacid NadyadvalaSalman Kaqanın çəkildikləri "Kick" lenti 2009-cu ildə ekranlara çıxmış filmin rimeykidir.

"Film Polska Productions"un mətbuat katibi Kşiştof Solekin dediyinə görə, avtobusun çaya düşməsi səhnəsinin çəkilməsi üçün 21 min dollar verərək Qdanski körpüsünü hərəkət üçün qapatmışdılar.
 

"Hindlilərin bu səhnəni məhz şəhərimizdə çəkmələri üçün London və Dublinlə rəqabət aparmalı olduq. Baş verən hadisə də filmin səhnəsidir. Narahatlığa səbəb görmürəm", - K.Solek deyib.
 

Qdanski körpüsündəki bu tryuk səhnəsi isə yerli sakinləri qorxutmaqla yanaşı, hiddətləndirib.
 

22 yaşlı Kasya Meşovis deyib: "Avtobusu görəndə təəccübləndim. Düşündüm ki, görəsən, ikimərtəbəli London avtobusu burada nə edir?! Sonra avtobus çaya düşdü. Qorxdum. İndisə deyirlər ki, tryukdur. Belə axmaqlıq olar?! Çəkiliş varsa, niyə bu barədə elan verilmir, xəbərdarlıq olunmur?"

45 yaşlı Yreneuş Vısotski isə hesab edir ki, baş verənlər özbaşınalıqdır: "Həmin tryuka görə yüzlərlə insan işə gecikdi. Belə çıxır ki, kim pul verirsə, yolu və ya körpünü bağlaya bilər?!"
 

Y.Vısotski Facebook-da qrup yaradaraq Qdanski körpüsündə kütləvi kabab çəkmək aksiyası keçirmək üçün pul yığmağa başlayıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.