Maraqlı

Tom Kruzun sevgilisi olduğu deyilən qadın danışdı - FOTO

23 Aprel 2014 15:59
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
51 yaşlı Hollivud ulduzu Tom Kruz və 34 yaşlı aktrisa Lora Preponun sevgili olduqları barədə məlumat artıq bir həftədir ki mətbuatda dolaşır. Sən demə, bu sevgi hekayəsi mətbuatın uydurması imiş.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Lora bu barədə açıqlama verib.

"Mən ona hörmətlə yanaşıram və mükəmməl aktyor olduğunu düşünürəm, ancaq onunla görüşmürəm. Hətta bilmirəm ki, bura başqa nə əlavə edim. Sanki "Mətbuatın yazdığı heç nəyə inanma" şousunda iştirak edirəm. Heç özüm də bilmirəm ki, bu şayiələr hardan qaynaqlanır. Mən heç vaxt onu həyatda görməmişəm", - Lora verdiyi müsahibələrindən birində deyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.