Maraqlı

Fillər sərxoş oldular, yıxıldılar - FOTO

23 Aprel 2014 14:32
1 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fillərin sərxoş vəziyyətdə dolaşması, sonra da aşaraq yıxılması maraqlı, eyni zamanda şən olaydır.
 

Cənubi Afrika Respublikasındakı Sinqita Krüger Milli Parkında (Singita Kruger National Park) belə hadisə yaşanıb.

"Marula" adlı meyvədən xeyli yeyən fillər sərxoş olublar və başları gicəlləndiyindən aşmağa, diz üstə düşməyə, yıxılmağa başlayıblar.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, milli parkın baş meşəbəyisi Pol Kuperin dediyinə görə, fillər marulalları çox sevirlər.
 

"Marulalar yetişib ağacdan düşəndə fillər onu həvəslə yeyirlər. Lakin bu meyvənin tərkibində spirt çox olduğundan heyvanlar az sonra sərxoş olurlar", - Kuper deyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.