Maraqlı

Dünyanın ilk "ağıllı yolu" - VİDEO - FOTO

20 Aprel 2014 18:54
0 Şərh     Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Niderlandda dünyanın ilk magistral "ağıllı yol"u salınıb. Uzunluğu 500 metr olan "Smart Highway" yerli Roosegaarde və Heijmans Infrastructure memarlıq bürolarının birgə layihəsidir.

Milli.Az anspress-ə istinadən bildirir ki, dördzolaqlı unikal yol sürücünü yoldakı vəziyyət haqqında məlumatlandıracaq, habelə, sürət səviyyəsini idarə etməyə yardımçı olacaq.

"Ağıllı yol"un üstünlükləri bununla bitmir. Yolda salınan işıq zolaqları və dirəklər hava şəraitindən və günün saatından asılı olaraq, yanıb-sönəcək. Bu isə həm sürücüləri qəza təhlükəsindən qoruyacaq, həm də enerjiyə qənaət etmək imkanı verəcək. Layihə uğurla qarşılanacağı halda, Avropanın digər ölkələrində də analoji yolların salınması planlaşdırılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.