Maraqlı

Tanış olun: BMW M4 Convertible - FOTOSESSİYA

19 Aprel 2014 17:15
0 Şərh     Baxış: 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Özünün üstüörtülü qohumu kimi BMW M4 Convertible aqressiv xarici görünüşə və həmçinin 18 km/saat sürətlə hərəkət edərkən 20 saniyədə yığılan elektrik ötürməli yumşaq qatlama tavana malikdir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, sportkarın salonu idman kürsüləri, dəri örtüklü sükan və həmçinin BMW M emalatxanasının qapı kəndarları ilə təchiz edilib.

Avtomobilin motivasiyası üçün 425 a.g. və 550 Nm fırlanma anı hasil edən 3,0 litrlik 6 silindrli TwinPower Turbo mühərriki cavabdehdir. Bu 7 pilləli M Double Clutch transmissiyalı varianta ilk 100 km/saat sürətlənməni 4,4 saniyəyə yerinə yetirməyə kifayət edir. 6 pilləli mexaniki ötürücü qutu ilə avtomobil bu tapşırığı 4,6 saniyəyə yerinə yetirir. Hər iki modifikasiyanın maksimal sürəti 250 km/saat təşkil edir.

BMW M4 Convertible bu yay ABŞ-da satışlara $ 73,425 start qiyməti ilə çıxarılacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.