Maraqlı

Land Rover konseptual model hazırlayıb - FOTOSESSİYA

19 Aprel 2014 23:35
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Aprelin 20-də Nyu-York avtosalonunda "Land Rover" şirkəti "Vision" prototipini təqdim edəcək və onun əsasında yolsuzluq avtomobili "Discovery"-nin gələcək nəsli hazırlanacaqdır.

Milli.Az Auto.az-a istinadən bildirir ki, avtomobil bəzi futuristik dizayna və hazırki "Land Rover" modellərində istifadə edilən üslub cizgilərinə malikdir. Məsələn, radiator barmaqlığı və qabaqda ensiz diodlu fənərlər.

Yeddi yerli yolsuzluq avtomobilinin salonunda yeni sistem və texnologiyalara rast gəlmək olar. "Discovery" ailəsinin ilk modeli 2015-ci ildə təqdim ediləcək. İndiki "Land Rover Discovery LR4"-dən fərqli olaraq konsept-kar "Vision" daha dəbli və idmansayağı görünür.

Qısa kənarlara, gücləndirilmiş bamperlərə, dar arxa görünüş güzgülərinə, böyük spoylerə, panorama dama, 23-düymlük yüngüllehimli disklərə və diodlu uzun arxa işıqlara malikdir.

Mərkəzi sütunun olmaması və fərqli tərəflərə açılan qapılar sərnişinlərə asanlıqla salona daxil olmağa imkan verir. Salonda oturacaqlar 2+3+2 formulu ilə düzülüblər.

Arxa oturacaqları yığmaq və ya sürüşdürmək olar ki, bununla da baqajın həcmi artır. Mərkəzi konsolda yerləşən sensor ekranlı multimedia sistemi klimat-kontrolun sensorlu idarəetmə paneli və digər bort avadanlığı ilə uyğunlaşır.

Ekran şəklində cihazlar lövhəsi təqdim edilib, avtomatik qürət qutusu isə selektor vasitəsilə idarə edilir, mərkəzi tonneldə isə əlavə taçskrin yerləşdirilib. Arxa oturacaq sərnişinlərinin əyləncəsi üçün xüsusi "Foglizzo" dərisi ilə işlənmiş oturacaqların söykənəcəklərində 10-düymlük planşetlər quraşdırılıb.

Torpedanı, qapı panellərini və ayaqaltını dəmir elementlərlə yaxşı uyğunlaşan xüsusi ağac əlavələrlə bəzəyiblər. Gələcək "Land Rover Discovery"-nin prototipini smartfon vasitəsilə uzaqdan idarəetmə sistemi, requlyator, proyeksiyalı displey ilə təchiz ediblər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.