Maraqlı

Putin köhnə arvadını ərə vermədən evlənən deyil

17 Aprel 2014 17:21
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya prezidenti Vladimir Putin boşadığı arvadını ərə verməyi planlaşdırır.

Milli.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Vladimir Putin canlı yayımda ona verilən "Rusiya nə vaxt birinci xanımı görəcək?" sualına cavab verərkən deyib ki, ilk növbədə əvvəlki həyat yoldaşını ərə verməli, sonra özü barədə düşünməlidir.

"Mən, ilk növbədə, keçmiş həyat yoldaşım Lüdmila Aleksandrovanı ərə verməliyəm, sonra isə özüm barədə düşünərəm", - Putin deyib.

Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lüdmila Putina ötən ilin iyun ayında boşandıqlarını rəsmən təsdiqləyiblər.

Vladimir Putin deyib ki, boşanma qərarını Lüdmila Putina ilə birgə qəbul ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.