Maraqlı

Audi bahalı R8-i göstərdi - FOTO

17 Aprel 2014 19:39
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Audi şirkəti bu həftənin sonunda Nyu-York avtosalonunda premyerası keçiriləcək RS7 Dynamic Edition adlı xüsusi modeli təqdim etdi.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, RS7 Dynamic Edition idman sedanı firma eksklüziv fərdiləşdirmə proqramının nümayişi üçün hazırlanıb və karbon splitter, arxa diffuzor və mühərrik qapağı əldə edib. Bundan başqa, avtomobil idman qaz xaricetmə sisteminə, qırmızı əyləc tutqaclarına və yüngül lehimdən hazırlanmış 21 düymlük parlaq qara disklərə malikdir.

Sedan salonu qırmızı kontrast tikişli və qırmızı təhlükəsizlik qayışlı qara dəri oturacaqlarla təchiz edilib.

Audi RS7 Dynamic Edition bu yay ABŞ-da satışa $ 146,045 start qiymətlə daxil olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.