Maraqlı

Infiniti QX80 yeniləndi - FOTO

17 Aprel 2014 21:37
0 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nyu-York avtoşousunda ən iri Infiniti krossoverinin yenilənmiş versiyası debüt edəcək. Maşın yeni opsiyalar və dəbdə olan işıq diodları əldə edib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, 2015-ci model ilinin Infiniti QX80 avtomobili xaricdən daha yaraşıqlı olmaqla bərabər içəridən də yenilənib. Tam ölçülü premial yolsuzluq avtomobilini həftə sonunda Nyu-Yorkda nümayiş etdirəcəklər.

Infiniti-də iddia edirlər ki, avtomobilin salonu daha parlaq və daha zəngin olub. 2015 model ilinin maşını bir sıra yeni texnologiyalar əldə edib. Xüsusilə, təkmilləşdirilmiş adaptiv işıqlandırma (kameralar əsasında) sistemi, şəhər axınında toqquşmaların qarşısının alınması funksiyası və "ölü zonalara" nəzarət sistemləri qeyd edilməlidir. Yeni QX80 sürətlərin bütün diapazonunda işləyiən intellektual kruiz-kontrolla təchiz edilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.