Maraqlı

Məşhur xanım: "Ölərəm, amma etmərəm" - FOTO

17 Aprel 2014 14:07
0 Şərh     Baxış: 2 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"41 yaşım var və bunu gizlətmirəm. Amma özümü yaşlı, astagəl insan da hesab etmirəm. Əksinə, qəlbimdə gənclik atəşinin olduğunu deyirəm".
 

Kolumbiyalı model, müğənni və aktrisa "Women's Health" jurnalının reportyoru ilə söhbətində belə deyib.


Milli.Az TMZ-yə istinadən bildirir ki, Sofiya Verqaranın sözlərinə görə, vücudu bəzən ona narahatlıqlar yaradır.


"Getdiyim yerdə kişilərin sürəkli baxışlarına dözmək və bunu müşahidə etmək asan deyil. Amma məşhurluğun bu hesabını da ödəməliyəm. İnsanlara "mənə baxmayın" deyə bilmərəm. Bizlər "latinos"larıq və xanımlarımız da sevgilisi, əri üçün bəzənib-düzənirlər. Qadınların bəzən ərlərinin cins şalvarını geyinmələrini də anlamıram. Mən ölərəm, amma sevgilimin şalvarını geyinmərəm", - S.Verqara söyləyib.


Sofiya Verqaranın sabiq əri Co Qonsalesdən Manolo adlı 12 yaşlı oğlu var.


Kolumbiyalı xanım 2012-ci ilin iyulun 10-dan bəri iş adamı Nik Loeblə birlikdədir.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.