Maraqlı

Dolğun dodaqlar...

16 Aprel 2014 16:15
2 Şərh     Baxış: 2 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həcmli, dolğun dodaqlar bir çox qadının arzusudur.

Bəs belə cazibədar dodaqlara necə sahib olmaq olar?


Milli.Az axşam.az-a istinadən bununla bağlı bir neçə məlumatı xanımlarımızın nəzərinə çatdırır.
 

Süni gellə dolğunlaşdırılan dodaqlar

Kollagen və hyaluronik gellər ən çox istifadə edilən süni gellər sırasındadır. Onları tətbiq etmək asandır, ancaq təsiri qalıcı deyil. 6 ay sonra dodaqlar əvvəlki vəziyyətinə qayıdır.
 

Vücud yağları və toxumalar

Xəstənin öz vücudundan götürülən yağdan və dərialtı toxumalardan istifadə edərək də həcmli dodaqlar əldə etmək olar. Toxumalardan hazırlanan xüsusi məhlul anesteziya vasitəsilə dodağa daxil edilir. Bu əməliyyatın heç bir allergik reaksiyası yoxdur, lakin zaman keçdikcə o da təsirini itirir, toxuma və yağlar sovrulur. Qalıcı nəticə əldə etmək üçün bu proseduru bir neçə dəfə təkrarlamaq lazımdır.
 

Plastik əməliyyat

Dodaqları gel yeritmədən, müxtəlif kəsik texnikaları ilə daha qalın və formalı hala salmaq olar. Bu əməliyyatda məqsəd dodaq kənarlarını çölə doğru genişləndirmək və dodaqlara daha qalın görünüş verməkdir. Əməliyyatın nəticəsi qalıcı olur və dəyişmir. Kəsik əməliyyat da anesteziya vasitəsilə aparılır.


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.